Portuqaliya millisinin və “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2023-cü ilin bombardirləri siyahısına başçılıq edir.
Bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Belə ki, Avro-2024-ün seçmə mərhələsində səfərdə Bosniya və Herseqovina ilə qarşılaşan Portuqaliya rəqibin qapısından beş cavabsız qol keçirib.
Həmin oyunda 38 yaşlı hücumçu dublla yadda qalıb və beləliklə 2023-cü ildə milli, həmçinin klubda vurduğu qolların ümumi sayını 40-a çatdırıb.
Bu göstərici ilə təcrübəli oyunçu 2023-cü ildə hesabında 39 qolu olan norveçli hücumçu Erlinq Holandı qabaqlayıb.
www.102info.az