“Qəzza əsl fəlakətə doğru gedir”.
Bu sözlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qəzza zolağı ilə bağlı etdiyi xəbərdarlıqda yer alıb.
Bildirilib ki, Qəzza zolağında əsl fəlakətin baş verməsinə 24 saatdan az vaxt qalıb, çünki xəstəxanalarda yanacaq ehtiyatları azalır, qida məhsulları və su ehtiyatları tükənir.
“Qəzzada təxminən 24 saatlıq su, elektrik və yanacaq ehtiyatı qalıb və əsl fəlakətə doğru gedir”, – deyə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi üzrə regional direktoru Əhməd əl-Mandhari bəyan edib.
Mənbə: “İndependent”
www.102info.az