İspaniyanın “Barselona” klubu niderlandlı futbolçusu Frenki De Yonqla uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.
Kataloniya təmsilçisinin idman direktoru Deku bildirib ki, onun kimi bir neçə oyunçunun komandada qalmasında maraqlıdırlar:
“Frenkinin klubda uzun illər qalmasını istəyirik. O, ən yüksək səviyyədə oynayır və “Barsa”nı sevir. Eyni zamanda buradakı həyatından da razıdır. Lakin yekunda hər şey oyunçunun özündən asılıdır. Onun klubla 2026-cı ilə qədər müqaviləsi var və biz onun qalmasını istəyirik. Eyni sözləri Pedri, Qavi, Ronald Arauxo və İlkay Gündoğan barədə də deyə bilərəm. Planımız onların uzun müddət burada qalmasıdır”.
Mənbə: mundodeportivo.com
www.102info.az