“France Football” qəzetinin ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “Qızıl top” (“Ballon d’Or”) mükafatının builki sahibi müəyyənləşib.
İddiaya görə, mükafat ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Lionel Messiyə veriləcək. Bu, argentinalının səkkizinci analoji mükafatı olacaq.
Hələlik rəsmi açıqlama yoxdur, lakin qalibin Messi olacağının artıq dəqiqləşdiyi bildirilir.
Qeyd edək ki, mükafatın qalibi oktyabrın 30-da Parisdə açıqlanacaq.
Mənbə: sport.es
www.102info.az