Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniyanın vəzifəsi İsrailin varlığını və təhlükəsizliyini təmin etməkdir.
“İsrailin və onun vətəndaşlarının təhlükəsizliyi Almaniyanın dövlət siyasətinin paradiqmasıdır. Almaniya hökuməti bu prinsipə uyğun hərəkət edir”, – deyə Şolts İsrailin Baş naziri Benyamin Netanyahu ilə İsraildə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O əlavə edib ki, Bundestaqdakı bütün partiyalar bu mövqeyi dəstəkləyir.
“Bu gün burada, İsraildə, bu çətin vəziyyətdə bunu açıq şəkildə söyləmək mənim üçün vacibdir: Almaniyanın tarixi, Holokostdan irəli gələn məsuliyyətimiz İsrail dövlətinin mövcudluğunu və təhlükəsizliyini təmin etməyi bizim vəzifəmizə çevirir”, – deyə Almaniya hökumətinin başçısı vurğulayıb.
Mənbə: TASS
www.102info.az