Tailandın şimalındakı Phayao əyalətində güclü yağışlar daşqınlara səbəb olub. Nəticədə azı beş nəfər ölüb.
Məlumata görə, sentyabrın əvvəlindən daşqınlar səbəbindən 23-ə yaxın insan həlak olub, 33 nəfər yaralanıb.
Ölkənin Daxili İşlər Nazirliyi Banqkok və Phuket də daxil olmaqla 32 əyalətdə xəbərdarlıq elan edib. Ölkə daxilində daşqınlar nəticəsində 62 mindən çox evə ziyan dəyib.
Qeyd edək ki, yağışlı mövsüm may ayında başlayır və oktyabrda bitir.
Mənbə: TASS
www.102info.az