HƏMAS israilli girovları azad etmək üçün şərtini açıqlayıb

Dünya


“İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarının dayandırması müqabilində bütün mülki girovları dərhal azad etməyə hazırıq”.

Bunu adı açıqlanmayan yüksək vəzifəli HƏMAS rəsmisi “NBC News” telekanalına bildirib.

HƏMAS nümayəndəsinin sözlərinə görə, İsrail qruplaşmanın şərtlərinə əməl edərsə, girovlar bir saat ərzində azad edilə bilər. O əlavə edib ki, İsrail həbsxanalarında saxlanılan bütün fələstinlilər də azad edilməlidir.

HƏMAS nümayəndəsi həmçinin bildirib ki, ABŞ və İsrail həbsdə olan fələstinlilərin azad edilməsi şərtlərindən xəbərdardır, çünki hərəkat ərəb liderləri ilə söhbətlərində onları üzə çıxarıb.

Mənbə: kommersant.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir