Rusiyada kommunal şirkətin əməkdaşı narazı sakinin üzərindən avtomobillə keçdi – VİDEO

Dünya


Moskva vilayətinin Şçelkovo şəhərindən olan kommunal idarəçi şirkətin işçisi avtomobililə podratçının işindən narazı qalan yerli sakinin üzərindən keçib.

Oktyabrın 17-də “Paritet” İdarəedici Şirkətinin binası qarşısına toplaşan izdiham, evlərdə istilik sisteminin işləməməsindən və zirzəmilərin dəhşətli vəziyyətindən şikayətlənib. Hadisə yerinə çəkiliş qrupu da gəlib. Lakin kommunal xidmətin işçisi danışmaq istəmədiyi üçün avtomobilinə minərək qaçmağa çalışıb. Sakinlərin yolu bağlamasına baxmayaraq, o, xanımlardan birinin üzərindən keçib.

Məlumata görə, zərərçəkənin ayağı sınıb və o, xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Mənbə: Mash

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir