Livanın “Hizbullah” hərəkatı çərşənbə gününü İsrailə qarşı “qəzəb günü” elan edib.
“Hizbullah” bildirib ki, çərşənbə günü Qəzza zolağında xəstəxanaya hücuma görə İsrailə qarşı “qəzəb günü” olacaq. Hərəkat ərəb və müsəlman ölkələrinin vətəndaşlarını küçələrə çıxmağa və etiraz aksiyaları təşkil etməyə çağırıb.
Daha əvvəl bu gün Qəzza zolağında “Əl-Əhli Əl-Maadani” xəstəxanasına hava zərbəsi endirildiyi məlum olub. Fələstin Səhiyyə Nazirliyi hücumda əksəriyyəti qadın və uşaq olmaqla ən azı 500 mülki şəxsin yaralandığını bildirib. Fələstin Prezidenti Mahmud Abbas həlak olanlar üçün üç günlük matəm elan edib. HƏMAS hökuməti Qəzza zolağındakı hücumu “müharibə cinayəti” adlandırıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatı İsrail ərazisini Qəzza zolağından kütləvi raket atəşinə məruz qoyub, həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini işğal edib. Elə həmin gün İsrail Qəzza zolağındakı hədəflərə cavab zərbələri endirməyə başlayıb.
Mənbə: i24news
www.102info.az