İranın İsfahan vilayətinin Qolpayqan şəhərində polimer istehsalı zavodunda güclü yanğın olub.
Bu barədə İran mətbuatı xəbər verib.
Son məlumatlara görə, yanğın hələ də söndürülməyib və xilasetmə qrupları yanğını nəzarətə götürməyə çalışırlar.
Ölən və xəsarət alanlar barədə məlumat verilməyib.
Mənbə: Tasnim
www.102info.az