Misir BMT və Qızıl Aypara ilə birlikdə Qəzza zolağına humanitar yardımın çatdırılmasına nəzarət edəcək.
Bu barədə oktyabrın 18-də Misir Xarici İşlər Naziri Sameh Şükri məlumat verib.
“ Biz BMT və Misir Qızıl Aypara Cəmiyyəti (QAC) ilə birlikdə yardımın çatdırılmasına nəzarət edəcəyik”, – deyə o, bildirib.
Həmçinin qeyd olunub ki, İsrail Misir vasitəsilə Qəzza zolağına humanitar yüklərin çatdırılmasına icazə verib.
Mənbə: “Al Arabiya” telekanalı
www.102info.az