İran və Rusiyanın Azərbaycandakı səfirləri Abbas Musəvi və Mixail Yevdokimov Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin Mətbuat Xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, diplomatlar Cənubi Qafqazla yanaşı, İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparıblar.
İranın və Rusiyanın Azərbaycan Respublikasındakı səfirləri Seyid Abbas Musəvi və Mixail Yevdokimov bugün axşam saatlarında görüşərək, işğal olunmuş Fələstin torpaqlarında baş verən son hadisələri, habelə Cənubi Qafqazda baş verən prosesləri müzakirə etmişdilər. pic.twitter.com/lf0LNIl4eM
— IRAN Emb. in R.Azerbaijan (@IRANINBAKU) October 18, 2023
www.102info.az