“X” yeni istifadəçilər üçün ödənişli olacaq: “Oxumaq pulsuzdur, lakin yazmaq üçün…” – FOTO

Dünya


“X” (keçmiş “Twitter”) sosial şəbəkəsi yeni hesab açanlar üçün ödənişli ola bilər.

Belə ki, mesaj yazmaq, digər istifadəçilərlə əlaqə yaratmaq istəyən yeni hesabların istifadəçiləri üçün illik birdollarlıq abunənin sınaqdan keçirilməsinə başlanılıb.

Şirkət bəyan edib ki, bu qərar xidmətlə bağlı spam, bot və digər manipulyasiyaların sayını azalda bilər.

“Oxumaq pulsuzdur, lakin yazmaq üçün ildə bir dollar”, – deyə “X” şəbəkəsinin sahibi İlon Mask sosial media hesabında yazıb.

“Bu, real istifadəçiləri bloklamadan botlarla mübarizə aparmağın yeganə üsuludur”, – deyə milyarder əlavə edib.

Şirkətin sosial şəbəkədəki bloqunda verilən məlumata görə, “Bot deyil” adlı pilot abunəlik Yeni Zelandiya və Filippində fəaliyyətə başlayıb.

Ödəniş etməyən yeni istifadəçilər sosial şəbəkədə mesaj yazmaq, bəyənmə düyməsini basmaq, yazışmalarda cavab vermək və s. kimi müəyyən funksiyalardan istifadə edə bilməyəcəklər. “Bu test mövcud istifadəçilərə aid edilmir”, – deyə məlumatda qeyd edilib.

Mənbə: Forbes.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir