“İtaliya kəşfiyyatının əlində Qəzza zolağında xəstəxanaya hücuma görə İsrailin məsuliyyət daşıdığına dair heç bir dəlil yoxdur”.
Bu sözləri İtaliya xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, əldə olan məlumatlar İsrailin bu hadisəyə görə məsuliyyətini istisna edir.
“Kəşfiyyatımızın digər ölkələrlə məlumat mübadiləsi zamanı əldə etdiyi materiallardan belə nəticə çıxarmaq olar ki, Qəzzada xəstəxananın bombalanmasına görə İsrail məsuliyyət daşımır. Əlimizdə olan məlumatlara əsasən, görünür, İsrailin məsuliyyəti istisna edilir”, – deyə nazir bildirib.
Mənbə: TASS
www.102info.az