Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərində polis əməkdaşları küçədə əynində polis forması olan bir şəxsin yoldan keçənləri qucaqladığını görüblər.
Sərxoş olan şəxsin qeyri-adekvat davranışları, yoldan keçənlərə yaxınlaşaraq onlara sarılması polisin diqqətini çəkib.
Bu barədə Kuzbas polisinin “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, saxlanılan şəxs 23 yaşlı yerli sakin olub. O, yoldan keçənlərə komplimentlər söyləməklə və onları qucaqlamaqla sadəcə olaraq Belovo sakinlərinin əhvalını qaldırmaq istəyib. Bəzi yerli sakinlərin dediyinə görə, onlar hətta “mehriban polis”i görəndə qorxublar.
Nəticədə gəncə qarşı xırda xuliqanlıq maddəsi üzrə protokol tərtib edilib. Ona birgünlük həbs və 1000 rubl məbləğində inzibati cərimə kəsilib.
Saxlanılan şəxs öz günahını etiraf edib və bir daha belə hərəkət etməyəcəyinə söz verib.
Mənbə: RTVI “Telegram”
www.102info.az