Bəhreyndə bir qrup şəxs İsrail səfirliyinin binasını yandırıb

Dünya


Bəhreynin paytaxtı Manamada nümayişçilər İsrail səfirliyinə hücum edərək diplomatik korpusun binasını yandırıblar.

Bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunub ki, hücum edən şəxslərin əlində “Molotov kokteyli” olub. Onlar şüşə butulkaları səfirliyin binasına atıblar.

Yanğın zamanı diplomatik missiyanın binasında heç bir işçi olmayıb. Tam təsdiqlənməmiş məlumata görə, İsrailli diplomatlar hələ bir neçə gün əvvəl Bəhreyni tərk ediblər.

Mənbə: Maariv

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir