“Fənərbağça” Türkiyə Super Liqasının IX turunda “Hatayspor”la qarşılaşacaq.
İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal komandaya Hatay təmsilçisinin üç futbolçusuna xüsusi diqqət edilməsini bildirib.
Bunlar Azərbaycan millisinin hücumçusu Renat Dadaşov, Fiyaso Dele-Başiru və Riqoberto Rivasdır. Mütəxəssis mövsümə yaxşı başlayan hücum oyunçularının daim nəzarətdə saxlanılmasını istəyib.
Oktyabrın 22-də keçiriləcək “Fənərbağça” – “Hatayspor” oyunu saat 20:00-da başlayacaq.
www.102info.az