“İsraildə quru əməliyyatı planlaşdırılandan gec başlaya və daha uzun çəkə bilər”.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, qərarda Vaşinqtonun təsiri var – Birləşmiş Ştatların bu münaqişədə rolu əvvəlkilərdən daha dərin və güclüdür.
Düzəlişlər həm də Qəzza zolağının mülki əhalisi arasında potensial qurbanların sayını azaltmaq istəyi ilə bağlıdır.
Mənbənin məlumatına görə, ABŞ rəsmiləri, həmçinin İsrailin hücumunun iki cəbhədə münaqişəyə gətirib çıxara və İranı cəlb edə biləcəyindən də narahatdırlar. Bu, münaqişə zonasının genişlənməsinə təsir edə və ABŞ-nin daha böyük müdaxiləsinə ehtiyac yarada bilər.
Bundan əvvəl ölkənin Milli Təhlükəsizlik Şurasının üzvü olan İsrailin İqtisadiyyat və Sənaye naziri Nir Barkat bildirib ki, hərbçilər hazır olan kimi İsrail ordusunun Qəzza zolağına daxil olmaları üçün yaşıl işıq yandırılıb.
www.102info.az