“Biz Fransanın inteqrasiyasını, assimilyasiya istəmirik”.
“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu artıq bir sıra təşəbbüslər həyata keçirib:
“Məqsəd müstəmləkəçiliyə qarşı mübarizədir. Biz Fransanın inteqrasiyasını, assimilyasiya istəmirik. Onun müstəmləkə metodları hələ də davam edir. Bu, uzun illərdir ki, belədir”.
Natiq qeyd edib ki, siyasi cəhətdən qandallardan azad olmaq lazımdır:
“Fransa manipulyasiya siyasəti həyata keçirir. Onunla mübarizə üçün beynəlxalq aləmdə həmrəyliyimizi gücləndirməliyik. Bunun üçün şərait yaradan Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm”.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.
www.102info.az