“İsrailin Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatı keçirməsi ehtimalı 50%-dən çoxdur”.
Bunu İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Svi “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Müharibə vəziyyəti elan edilib, müharibə vəziyyətinin olduğu bir vaxtda müxtəlif növ əməliyyatlar nəzərdə tutulur: hava, dəniz, quru. Bunlardan biri budur, quru əməliyyatı və bu əməliyyat istisna edilmir. Əminəm ki, quru əməliyyatı ehtimalı 50%-dən çox olacaq”, – deyə o bildirib.
www.102info.az