Mahir Emreli zədələnib

Dünya


Xorvatiyanın “Dinamo” klubunun formasını geyinən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

Bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç məlumat verib.

O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Baş məşqçi bunu yorğunluqla əlaqələndirib və tezliklə oyunçunun yaxşı olacağını deyib.

Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının XII turunda, oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.

Mənbə: 24sata.hr

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir