İsrail təhlükəsizlik qüvvələri terrorçuluq şübhəsi ilə həbs olunanların sayını açıqladı

Dünya


Oktyabrın 7-dən İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi kütləvi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 584 nəfəri saxlayıb.

Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, saxlanılanlardan 375 nəfəri Fələstinin radikal HƏMAS hərəkatının tərəfdarıdır.

Xatırladaq ki, dünən İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS liderlərindən olan Şeyx Həsən Yusifi həbs edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir