ABŞ-də texnologiya şirkətinin iranəsilli təsisçisinə həbs cəzası verildi – FOTO

Dünya


ABŞ-nin Cənubi Karolina ştatında yerləşən “Micfo LLC” şirkətinin iranəsilli amerikalı icraçı direktoru və təsisçisi Əmir Gülüstan azadlıqdan məhrum edilib.

Ona fırıldaqçılıq ittihamı ilə beş il müddətinə həbs cəzası verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Əmir Gülüstan 757 mindən çox İP ünvanını qanunsuz əldə etməklə dələduzluq edib.

Əmir Gülüstan 20 fırıldaqçılıq faktını etiraf edib və məhkəmənin qərarı ilə 60 ay həbs cəzasına, həbs müddəti bitdikdən sonra isə iki illik məhkəmə nəzarəti və 77 min dollar cərimə cəzasına məhkum edilib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir