Fransa müstəmləkəçiliyinə qarşı mübarizə komitəsinin yaradılması təklif olunur

Dünya


Fransa müstəmləkəçiliyinə qarşı mübarizə komitəsinin yaradılması təklif olunur.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda “Afrika Mundus” şəbəkəsinin sədri Emmanuel Arqo deyib.

O, Azərbaycanın Fransa hökumətinin qeyri-qanuni davranışlarına qarşı mübarizəsini təqdir etdiyini bildirib:

“Düşünürəm ki, biz konkret komitə yaratmalıyıq. Bu komitəyə, həmçinin, problemli insanlar da cəlb edilməlidirlər. Biz səylərimizi birləşdirməliyik”.

Eyni zamanda, E.Arqo kiçik bir kənddə bələdiyyə şurasının üzvü olduğunu da xatırladıb:

“Bu bələdiyyəni sağçılar idarə edirlər. Mən sonuncu dəfə seçkilərdə iştirak edərkən insanlarımız bunun səbəbini soruşurdular. Çünki qaradərililərə göstərilən münasibətdən xəbərdar idilər. Mən də sağçıların reaksiyasının necə olacağını bilirdim. Onlar mənə deyirdilər ki, sən qarasan və susmalısan. Məni təhqir edib söydülər, əgər stolun altına keçməsəm, məni vuracaqdılar. Halbuki, mən sakit şəkildə öz fikrimi bildirirdim”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir