Britaniyalı hüquq müdafiəçisi: “Fransada islamofobiya geniş yayılıb”

Dünya


“Fransada islamofobiya ən yüksək həddə çatıb, bu ölkə artıq bütün dünyada bununla tanınır”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Böyük Britaniyanın müstəqil insan haqları təşkilatı olan CAGE-nin icraçı direktoru Məhəmməd Rəbbani deyib.

Hüquq müdafiəçisinin fikrincə, Fransa hətta öz vətəndaşlarının da hüquqlarını pozur:

“Fransada müsəlman bu ölkənin qaydaları ilə yaşamasa, cəmiyyətdə təcrid olunur. Məsələn, müsəlman qız öz dininin tələblərinə uyğun geyindiyi üçün məktəbə buraxılmaya və təhsil hüququndan məhrum edilə bilər. Bu, yenə də ikili standartlar siyasətidir”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir