Lyuk Frensis Kerol: “Fransa həyatımızın bir çox sahələrinə mənfi təsir göstərir”

Dünya


“Fransa həyatımızın bir çox sahələrinə mənfi təsir göstərir”.

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Müstəmləkəçilik siyasəti iqtisadiyyatımıza ciddi təsir edir. Kənd təsərrüfatı məhsullarımızın hamısı Fransaya göndərilir. Bu, mədəniyyətimizə də təsir edir. Dilimizin fransız dili ilə bərabər olmasını və öz dilimizdə ünsiyyət qurmaq istəyirik. Təşkilatımız da bir çoxları kimi bu ədalətsizliyə son qoymaq üçün mübarizə aparır. Fransa bilməlidir ki, bu, həyatımızın bir çox sahələrinə çox mənfi təsir edib”, – o vurğulayıb.

Lyuk Frensis Kerol Martinikanın kənar təsirlərdən asılı olmayaraq inkişaf edə bilməsi üçün bütün hüquqlarına hörmət edilməsinə çağırıb.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir