Qahirədə Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı sülh sammiti başlayıb

Dünya


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan əsas məsələsi Fələstin-İsrail münaqişəsinin həlli olacaq Qahirə Sülh Sammitində iştirak etmək üçün Qahirəyə gəlib. BƏƏ prezidentinin səfəri rəsmi olaraq açıqlanmayıb.

Sülh sammitində BMT-nin baş katibi Antonio Quterreş, Yaxın Şərq regionu ölkələri, Yunanıstan və Cənubi Afrikanın liderləri iştirak edirlər. Aİ ölkələri və Yaponiya Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunur. Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Tzün iştirak edir.

Misir Prezidenti Əbdülfəttah Xəlil əs-Sisi forumu açaraq Qəzza zolağına və onun mülki əhalisinə raket hücumlarını pisləyib. Dövlət başçısı beynəlxalq ictimaiyyəti Fələstin-İsrail böhranının həlli üçün yol xəritəsi hazırlamağa çağırıb.

İordaniya kralı II Abdullah dərhal atəşkəs və Fələstin anklavına humanitar yüklərin maneəsiz çatdırılmasının təmin olunmasının vacibliyini bəyan edib. O, həmçinin fələstinli qaçqınların öz ərazilərindən məcburi köçürülməsini qəbuledilməz hesab etdiyini bildirib.

Mənbə:  octagon.media

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir