Şotlandiyada güclü fırtına baş verib – VİDEO

Dünya


Şotlandiyada güclü “Babet” fırtınası baş verib.

Məlumata görə, fırtınanın səbəb oluduğu daşqın və qasırğa nəticəsində azı iki nəfər həlak olub.

Qeyd edək ki, tüğyan edən fırtına özü ilə yağış və 112 km/saat sürətində küləklər gətirib. Minlərlə bina işıqsız qalıb, 400-dən çox evdən insan təxliyə edilib, məktəblər bağlanıb. Hazırda bəzi ərazilərə yalnız qayıqla getmək mümkündür.

Həlak olanlardan biri – qadın çaya düşüb, digəri isə – kişi mikroavtobusun üzərinə ağacın aşması nəticəsində dünyasını dəyişib. Polis axtarışları davam etdirir.

Mənbə: Ura.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir