ABŞ-də yerli yəhudi icmasının lideri öldürülüb

Dünya


Detroyt yəhudi icmasının dini lideri Samanta Uoll oktyabrın 21-i şənbə günü vəhşicəsinə qətlə yetirilib.

Bu barədə yerli hakimiyyət orqanlarına və sinaqoqa istinadən məlumat yayılıb.

Polisin məlumatına görə, Detroyt sinaqoqunun rəhbəri şənbə günü səhər evinin qarşısında çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölü tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlin evin içərisində törədildiyini güman edirlər. Cinayətin motivi hələlik məlum deyil.

Qeyd olunur ki, qadın ravvin əvvəllər ABŞ-nin Demokrat konqresmeni Elissa Slotkinlə birlikdə çalışıb.

Mənbə: vedomosti.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir