İsrail ordusu Qəzzada yeni silahdan istifadə edib

Dünya


İsrail ordusu Qəzza zolağındakı hərbi obyektlərə zərbələr endirmək üçün iki istiqamətli “Steel Sting” minaatan mərmisindən istifadə etməyə başladığını açıqlayıb.

“Döyüşlərin son günlərində “Magellan” xüsusi təyinatlı döyüşçüləri ilk dəfə “Steel Sting” mərmisindən istifadə edərək, HƏMAS terror təşkilatının İsrail ərazisinə buraxılan raket meydançalarına hücum ediblər”, – deyə ordunun Mətbuat Xidməti bəyanatında bildirib.

Mətbuat Xidməti əlavə edib ki, “Steel Sting” iki istiqamətli minaatan mərmisidir. Minaatan mərmisi terrorçuların məskunlaşdığı ərazilərdəki hədəfləri dəqiq vurmağa imkan verir və eyni zamanda zərbənin ölümcüllüyünü artırır”.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir