Fələstin-İsrail münaqişəsi, həmçinin Livan-İsrail sərhədində gərginliyin artması fonunda ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar İsraildə 50-yə yaxın özünümüdafiə bölməsi yaradılıb.
Bu barədə İsrail Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, özünümüdafiə bölmələri, xüsusən də İsrailin Kiryat-Motskin, Nahariya, Roş-Pina və Arad şəhərlərində yaradılıb.
Bildirilir ki, özünümüdafiə bölmələrinin yaradılması və onların təlimi İsrail polisinin nəzarəti altında aparılır.
Mənbə: Ynet
www.102info.az