“Taliban” hərəkatının bir qrup tərəfdarı HƏMAS-a qoşulub

Dünya


Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatının bir qrup tərəfdarı Yaxın Şərqdəki münaqişəyə qoşulub.

Bu açıqlama Əfqanıstanın Bəlx vilayətindən olan nüfuzlu din xadimi Şərifullah Şərafət məlumat verib.

O vurğulayıb ki, Fransada yaşayan 17 əfqan Fələstinə HƏMAS tərəfində döyüşməyə gedib.

Din xadimi əlavə edib ki, bu şəxslər Pəncşir, Pərvan və Kapisa vilayətlərindən olan gənclərdir.

Xatırladaq ki, hələ bir neçə gün əvvəl “Taliban” öz döyüşçülərinə Fələstindəki müharibəyə getməyi qadağan edib. Hətta bununla əlaqədar qadağa fətvanın sənədi də yayımlanıb. Fətvaya əsasən, “Taliban” döyüşçülərinin xaricdə müharibələrdə iştirakı qadağandır.

Mənbə: Sputnik Əfqanıstan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir