Moskva Ermənistanın Rusiyadakı yeni səfirinin namizədliyini təsdiq etməyib

Dünya


Moskva Ermənistan parlamentinin “Vətəndaş sazişi” fraksiyasından olan deputatı Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı səfiri postunda aqremanını rədd etmək qərarına gəlib.

Bu barədə Ermənistanın “24News” nəşri öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, bu günlərdə mətbuatda hökumətin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı əvəzləmək və onun yerinə Qurgen Arsenyanı təyin etmək niyyətində olduğu barədə məlumatlar yayılıb.

Lakin Rusiya tərəfi Arsenyanın parlamentdə Rusiya əleyhinə bir sıra bəyanatlarını nəzərə alıb. Moskvada, xüsusilə, “Rusiya rəhbərliyi Ermənistana ölkənin təhlükəsizliyini gücləndirilməsində mane olur” deyən şəxsi İrəvanın səfir təyin etmək istəməsi qəribə hesab edilib.

Yeri gəlmişkən, Arsenyan özü də son zamanlar Rusiya əleyhinə bəyanatları səsləndirməməyə çalışıb, həmçinin, ola bilsin ki, bu səbəbdən Roma Statutu ilə bağlı səsvermədə iştirak etməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir