Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalayıb

Dünya


Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin silahlı qüvvələr naziri Sebastyan Lekornyu ilə görüşüb.

Ermənistan mediasının məlumatına görə, görüş zamanı Ermənistan-Fransa müdafiə əməkdaşlığı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Danışıqlar zamanı 2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə işlərin gedişi, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəsmi görüşdən sonra mətbuata birgə bəyanat verilib. Daha sonra müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir