İsrail təhlükəsizlik qüvvələri oktyabrın 7-də Qəzzadan yaraqlıların İsrailə hücumu başlayandan bəri İordan çayının qərb sahilində radikal HƏMAS hərəkatının 500-ə yaxın fəalını saxlayıb.
Bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
“Hərbi əməliyyatların başlanmasından (7 oktyabr) bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb ki, onlardan 500-ə yaxını HƏMAS terror təşkilatı ilə əlaqəlidir”, – deyə məlumatda bildirilib.
Hərbçilər əlavə ediblər ki, oktyabrın 23-nə keçən gecə İudeya və Samariyada (İsrailin İordan çayının qərb sahili üçün təyinatı – red.) terrorizmə qarşı mübarizə və silahların müsadirə edilməsi üzrə genişmiqyaslı əməliyyat zamanı axtarışda olan 64 nəfər saxlanılıb, onlardan 37-si HƏMAS terror təşkilatının tərəfdardır.
Mənbə: TASS
www.102info.az