Qanqsterdən kino ulduzuna çevrilən məşhur aktyor ölü tapıldı: İntihar etdiyi deyilir – FOTO

Dünya


Məşhur aktyor Deyv Kortni 64 yaşında həyatını itirib.

Aktyorluğa başlamazdan əvvəl London qanqsteri olan və daha sonra film sahəsinə keçid edən Deyv Kortni evində ölü tapılıb.

Bununla bağlı verilən açıqlamada aktyorun intihar etdiyi bildirilib.

Qeyd edək ki, məşhur rejissor Qay Riçinin “Lock, stock, and two smoking barrels” (“Kart, pul və iki tüfəng”, 1998) adlı qanqster filmində “Vinni Cons” obrazını Kortnidən ilham alaraq yaratdığı deyilir.

Kriminal həyatına davam edən, eyni zamanda da yazıçı və aktyor olan və həyatı tamamilə dəyişən Deyv Kortni 6 kitab nəşr etdirib və “Hell to pay” (“Baha başa gələcək”) filmində rol alıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir