“Fələstinin radikal HƏMAS hərəkatı Qərb və bütün sivilizasiya üçün “test”dir”.
Bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
“HƏMAS Qərb və sivilizasiya üçün bir testdir. Əgər HƏMAS məğlub olsa, HƏMAS uduzsa, bu, sivilizasiyanın qələbəsi olacaq.
Bu, Avropanın döyüşüdür, bu ABŞ-nin döyüşüdür, bu sivilizasiyanın döyüşüdür, bu, Yaxın Şərqin və bu, dünyanın qalan hissəsinin ürəyi, ruhu və gələcəyi üçün döyüşdür”, – deyə o bildirib.
Mənbə: TASS
www.102info.az