BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib ki, BMT Qəzza zolağına humanitar yardım üçün lazım olan 294 milyon dolların üçdə birindən çoxunu artıq toplayıb.
Təmiz içməli suyun olmaması, eləcə də təhlükəli mənbələrdən suyun istehlakı ciddi problem olaraq qalır.
“Bu günə kimi (BMT) üzv ölkələri cari böhrandan irəli gələn humanitar ehtiyacların həlli üçün oktyabrın 12-də edilən müraciətdə, demək olar ki, 100 milyon dollar vəd ediblər. Bu, ümumi 294 milyon dollarlıq sorğunun təxminən 34%-ni təşkil edəcək”, – deyə məlumatda bildirilib.
Mənbə: TASS
www.102info.az