Məşhur türkiyəli aktyorun qardaşına qarşı cinayət işi qaldırıldı: Ölkədən çıxışına qadağa qoyuldu – FOTO

Dünya


Məşhur türkiyəli aktyor Aras Bulut İynemlinin böyük qardaşı, həmçinin aktyor olan Orçun İynemliyə qarşı cinayət işi qaldırılıb.  

Aktyorun həyat yoldaşı Eda İynemli ərindən şikayət edib. O, Orçun İynemli tərəfindən döyüldüyünü bildirib və ona qarşı cinayət işinin başlanması üçün məhkəməyə müraciət edib.

Eda və Orçun arasında Beşiktaş rayonunda yerləşən iqamətgahlarında dava düşüb. İddiaya görə, evli cütlük birlikdə spirtli içki qəbul etdikdən sonra mübahisə etməyə başlayıb. Daha sonra mübahisə böyüyüb və Orçun İynemli həyat yoldaşı Eda İynemlini döyüb.

Əri tərəfindən zorakılığa məruz qalan gənc qadın polis bölməsinə gedərək İynemlidən şikayət edib. O, ifadəsində həyat yoldaşının onu döydüyünü, həmçinin evdə narkotik maddə hazırlayaraq istifadə etdiyini deyib. Hüquq-mühafizə orqanının işçiləri sözügedən yaşayış yerində axtarış aparmaq qərarına gəliblər.

Axtarış zamanı evdə saxsı qablarda yetişdirilmiş narkotik vasitələr aşkar edilərək müsadirə edilib. Saxlanılan aktyor sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb. Orada ifadəsi alındıqdan sonra məhkəməyə gətirilib və prokurorluğa ifadə verib.  

Orçun İynemli aşkarlanan maddələrin hamısının marixuana olduğunu bildirib və narkotik satışından əldə edilən pula ehtiyacı olmadığını vurğulayıb. Gəlirini aktyorluq, rejissorluq və vokal sənətindən qazandığını deyib.

Həftədə iki-üç dəfə narkotik maddə qəbul etdiyini qeyd edən aktyor narkotik aludəçisi olduğunu etiraf edib. “Narkotik aludəçisiyəm və müalicə olunmaq istəyirəm”, – deyə o bildirib. Orçun İynemli bu vəziyyətdən peşman olduğunu dilə gətirib.

Nəticədə onun məhkəmə nəzarətinə götürülməsinə, xaricə çıxışına qadağa qoyulmasına və hər şənbə günü polis idarəsində imza atmasına qərar verilib.

Hadisə ilə bağlı prokurorluğun araşdırması davam edir.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir