Belçika polisi terror aktı törətmək istəyən 23 yaşlı fələstinlini saxlayıb.
Məlumata görə, fələstinli Qəzza zolağında həlak olan qohumlarına görə terror akt törətmək istəyirmiş.
Fələstinlinin sentyabrın sonunda qaçqın statusu almaq üçün müraciət etdiyi bildirilir. Təxminən bir ay sonra həmin şəxs agentliyə gələrək bildirib ki, o, kamikadze olmağa hazırdır, çünki bütün qohumları Qəzza zolağında həlak olublar. Bundan sonra o, binanı tərk edib və axtarışa verilib.
Polis onu Brüsseldəki hoteldə saxlayıb. Fələstinin terror aktı ehtimalı ilə bağlı sözlərinin nə dərəcədə doğru olması ilə bağlı açıqlama verilmir.
Mənbə: radio1.news
www.102info.az