İsrail polisi 600 yerli özünümüdafiə dəstəsi yaradıb

Dünya


İsrail polisi ümumilikdə 600 yerli özünümdafiə dəstəsi təşkil edib.

Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən təyin edilmiş bu birləşmələrin yerləşdirilməsi üzrə xüsusi koordinator Şimon Lavinin dediyinə görə, oktyabrın 7-dən indiyədək 600 özünümüdafiə bölməsi yaradılıb və silahlandırılıb. Bu, qarşıya qoyulan hədəfin üçdə bir hissəsidir, növbəti 10 gün ərzində daha 1200 belə bölmə yaradılacaq.

O qeyd edib ki, həm yəhudi, həm də ərəb icmalarının, yəni qarışıq əhalinin yaşadığı qəsəbələrdə belə birləşmələrin yaradılmasına prioritet diqqət yetiriləcək.

Xüsusi Koordinator qeyd edib ki, İsrail polisi özünümüdafiə bölmələrinin fəaliyyətinə nəzarət edəcək. O əlavə edib ki, bu cür birləşmələrin üzvləri odlu silahdan istifadə etməkdə polis əməkdaşları ilə eyni hüquqlara malikdir. Lavi Fələstin radikal HƏMAS hərəkatının döyüşçülərinin hücumundan sonra bu cür birləşmələrin üzvlərinə paylanan minlərlə tüfəngin gələcəkdə geri götürülüb-götürülməyəcəyi sualına cavab verə bilməyib. Koordinator qeyd edib ki, bu məsələ ilə bağlı hələ qərar verilməyib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir