Türkiyənin Helsinkidəki səfirliyinə hücum edildi

Dünya


Türkiyənin Finlandiyanın Helsinki şəhərindəki səfirliyinə hücum cəhdi olub.

Bu barədə Helsinki polisi məlumat yayıb.

Məlumata görə, maskalı şəxslər kirayə götürdükləri velosipedlərlə boya və tüstü partlayıcıları vasitəsilə diplomatik nümayəndəliyə hücum ediblər.

Qısa müddətdə hadisə yerinə polis və xilasetmə qrupları gəlib.

Artıq hücumla bağlı araşdırma başlayıb.

Mənbə: NTV

www.102info.az