Con Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyasında çalışan alimlərin fikrincə, orbiti Mars və Yupiter arasında yerləşən Serera cırtdan planetində həyatın mövcud ola bilməsi mümkündür.
Serera qurşağında yerləşdiyi asteroidlərdən fərqli olaraq, düzgün sferik formaya malikdir və onun diametrinin təxminən 950 kilometr olması onu kosmik qırıntılar arasında ən böyük obyektə çevirir.
NASA tərəfindən buraxılmış “Down” zondu ilə ötürülən materialları öyrənən alimlər belə qənaətə gəliblər ki, Sereranın səthində təkcə sudan əmələ gələn buz deyil, həm də, ehtimal ki, meteoritlərin təsirindən yaranan mürəkkəb üzvi birləşmələr var. Su və üzvi maddələrin mövcud olması isə həyatın yaranmasının əsas amilidir.
Mənbə: aif.ru
www.102info.az