Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı ilə Fələstinin “HƏMAS” və “İslami cihad” qruplarının başçıları arasında görüş baş tutub.
Məlumatı İsrail mətbuatı yayıb.
Bildirilir ki, görüşdə “Hizbullah” lideri Həsən Nəsrullah, HƏMAS-ın siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri və “İslami Cihad”ın lideri Ziyad ən-Nahal iştirak ediblər.
Gizli təşkil edilən görüş Livanın paytaxtı Beyrutda baş tutub.
Qeyd olunur ki, hər üç qruplaşmanın rəhbəri bölgədəki son vəziyyəti müzakirə edib və İsrailə qarşı birgə fəaliyyət planını müzakirə ediblər.
Mənbə: The Times of Israel
www.102info.az