İsrail televiziyası HƏMAS-ın öldürdüyü israillilərlə bağlı yeni məlumatlar paylaşdı: “808 nəfərin cəsədi…”

Dünya


Fələstinin HƏMAS radikal hərəkatının hücumu nəticəsində həlak olan israillilərin 80%-dən çoxu mülki şəxs olub.

Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, indiyədək qətlə yetirilən 808 nəfərin cəsədinin kimə aid olduğunu müəyyənləşdirmək mümkün olub, onlardan 701 nəfəri dəfn üçün hazırlanıb.

“HƏMAS hücumunun qurbanlarının ən azı 84%-i İsrail Müdafiə Qüvvələrinin üzvləri olmayıb”, – deyə televiziyanın verdiyi xəbərdə bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir