Ankarada baş tutan yüksək səviyyəli danışıqlardan sonra Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəmzi hədiyyələr mübadiləsi aparılıb.
Məlumata görə, Prezident Serdar Berdiməhəmmədov türkiyəli həmkarına türkmən Alabay cinsindən olan küçük hədiyyə edib. Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Türkmənistan rəhbərinə Kanqal cinsindən olan küçük bağışlayıb.
Qarşılıqlı hədiyyələr dostluq və dərin hörmət rəmzinə çevrilib.
Mənbə: Anadolu
www.102info.az