Muğlada yerləşən qeyri-adi yaylaq: Oraya çıxmaq mümkün deyil, ancaq enmək olur – FOTO

Dünya


Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda qeyri-adi xüsusiyyəti ilə bölgədə yeganə olan Qarabağlar yaylası adlı yaylaq yerləşir.

Qeyri-adiliyi ondan ibarətdir ki, bu yaylağa çıxmaq mümkün deyil, oraya ancaq enmək olur.

Belə ki, normal şərtlərdə insanlar yaylaqlara qalxırlar, amma bu yaylağa isə enirlər.

Yüksəkliyinə görə şəhər mərkəzindən 25-30 metr aşağıda yerləşən, Muğla sakinlərinin əvvəllər sadəcə aprel-oktyabr ayları arasında məskunlaşdığı Qarabağlar yaylasında hazırda qış aylarında da çox sayda insan yaşayır.

Mayın sonu, iyunun əvvəlində havalar isinməyə başlayanda bölgə sakinləri yaylağa gedirlər.

Normal halda yaylaqlar yaşayış məntəqələrindən yuxarıda yerləşməlidir. Burada isə yaylaq şəhər məsafəsindən 25-30 metr aşağıdadır. Bu səbəbdən sözügedən yaylağa ancaq enmək mümkündür.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir