İranda geyim kodeksinə əməl etməyən kişilər də cərimələnəcəklər – FOTO

Dünya


Qadın və Cəmiyyət Düşüncəsi analitik mərkəzinin rəhbəri Əbülfəzl İqbali televiziya proqramında “Hicab və Hiffət Qanunu” layihəsində geyim kodeksinə əməl etməyən kişilərin də cərimələnəcəyini açıqlayıb. Onun sözlərinə görə, kişilər üçün cərimə miqdarı 6-50 milyon tümən (243-2026 AZN) arasında müəyyən edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Kişilərin hicabsızlığı qısa şalvarların və bədəni göstərən köynəklərin geyinməsi deməkdir”, – deyə, Əbülfəzl İqbali bildirib.

“Məsələn, küçədə velosiped sürən şəxs ayaqlarını göstərən şalvarla gəzirsə, hökumətə 24 milyon tüməndən (972 AZN) 50 milyon tümənə qədər cərimə ödəməlidir”, – hüquq mütəxəssisi və jurnalist Ümid Səlimi qeyd edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir