Azərbaycan filmi Türkiyədə keçirilən festivalın mükafatını qazanıb – FOTO

Dünya


Ankarada (Türkiyə) keçirilən 8-ci Beynəlxalq Türk Dünyası Sənədli Film Festivalında rejissor Ərturan Nəcəfi Gölün “Novruznamə” (“Nowruz”) Azərbaycan qısametrajlı filmi “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qalib olub.

“Urmiya Gənc Kinematoqrafçılar Dərnəyi” və “Buta Film”in birgə istehsalı olan filmin prodüserləri Sevinc Məmmədova və Ərturan Nəcəfi Göl, həmprodüseri isə “Buta Film”in rəhbəri İlqar Nəcəfdir.

Qeyd edək ki, builki “Türk Dünyası Sənədli Film Festivalı”na ümumilikdə 371 müraciət olub. Onlardan müsabiqənin şərtlərinə uyğun 152 sənədli film seçilərək festivala qəbul edilib. Festivalın 41 nəfərdən ibarət münsiflər heyətinin rəhbəri türkiyəli rejissor Ferda Gürcandır.

Mənbə: Medya Haber Sitesi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir