İsrail rəhbərliyi ABŞ-dən kifayət qədər sayda raketdən müdafiə sistemi (RMS) aldıqdan sonra Qəzza zolağında quru əməliyyatına başlamağı planlaşdırır.
Bu barədə “The Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsrailin hərbi və siyasi rəhbərliyi Qəzzada quru əməliyyatı planlaşdırarkən “Hizbullah” hərəkatının və İranın cavab addımlarından ehtiyat edir. Materialda, həmçinin bunun praktiki nəticələrindən birinin İsrail ordusu Qəzzada əməliyyatlara başladığı zaman “Hizbullah”ı müdaxilə etmək niyyətindən çəkindirmək üçün ABŞ-dən daha da çox RMS-lərin çatdırılmasını əlavə gözləmə müddəti olub.
Qəzetin digər mənbələrindən verilən məlumata görə, əməliyyat başlamazdan əvvəl İsrail rəhbərliyi HƏMAS yaraqlılarının İsrail əsgərlərinə qarşı partizan müharibəsinin qarşısını almaq üçün Qəzza zolağına bütün silah qaçaqmalçılığı kanallarını maksimum dərəcədə kəsmək istəyir.
Həmçinin qeyd olunur ki, adının açıqlanmasını istəməyən İsrailin yüksəkrütbəli generalları ordunun mümkün qədər çox girovu xilas etmək üçün əməliyyat zamanı riskə getməyə hazır olduğunu bildirirlər, lakin hərbi rəhbərlik əməliyyatın həddindən artıq mürəkkəb olduğunu başa düşür.
www.102info.az